ABŞ-ın Viskonsin ştatında məktəbə silahlı hücum nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Viskonsin ştatının Medison şəhərindəki Abundant Life xristian məktəbinə silahlı hücum olub.
Madison Polis İdarəsindən verilən açıqlamada hücumda ilkin təsbitlərə görə 5 nəfərin öldüyü, 5 nəfərin yaralandığı, hücum edənin zərərsizləşdirilə biləcəyi bildirilib.
Polis idarəsindən bildirilib:
\"Bu gün çox kədərli bir gündür. Təkcə Madison üçün deyil, bütün ölkəmiz üçün dəhşətli bir gündür\".
Qeyd edək ki, hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
Oksana