AZ

Belarusun da Ukraynada maraqları var

Belarus Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yekun danışıqlarda iştirak etmək istəyir.

Editor.az bildirir ki, bunu Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç deyib. Onun sözlərinə görə, yekun razılaşmalarda Belarusun maraqları nəzərə alınmalıdır. Siyasətçi qeyd edib ki, Belarus “hamıdan çox” Ukraynadakı müharibənin sülh yolu ilə həllində maraqlıdır, çünki bu, guya onların sərhədlərini təhdid edir.

“Və bu fonda ölkəmizə qarşı təcavüzdə iştirakda ittihamlar absurd görünür. Belarus Ukraynanın yanında yerləşdiyi üçün bu münaqişənin tezliklə sülh yolu ilə həllində maraqlıdır onun sərhədləri yaxınlığında hərbi əməliyyatlar gedir”.
Diplomat qeyd edib ki, buna görə də Belarus münaqişənin genişlənməsinin qarşısını almaq üçün əvvəldən “sülhməramlı addımlar” atıb. “Və buna görə də biz ilkin olaraq bildirdik ki, biz Ukrayna üzrə sülh danışıqları başlayanda öz təhlükəsizliyimizə zəmanət almaq istəyirik. Belarus tərəfinin maraqlarıdır”, – Ambrazeviç əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr