AZ

Paşinyanın keçmiş tərəfdarı dövlət sirrini yaymaqda İTTİHAM OLUNUR

Ermənistan parlamentinin deputatı, hakim “Mülki müqavilə” partiyasının keçmiş üzvü Ovik Ağazaryan dövlət sirrini yaymaqda ittiham olunur.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yayıb.
 

Bildirilir ki, ona qarşı son ittiham da daxil olmaqla üç ayrı maddə üzrə qaldırılan cinayət işi üzrə istintaq davam edir.


O.Ağazaryan BƏƏ-yə qanunsuz olaraq xırdabuynuzlu mal-qara ixrac etməkdə, həmçinin oğluna məxsus avtomobillərin müsadirəsinə qanunsuz müdaxilə etməkdə ittiham olunur.

Lakin onun dəqiq hansı dövlət sirrini yaydığı barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, O.Ağazaryan dekabrın 5-də hakim partiya sıralarından xaric edilib.

Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr