AZ

Qaz sayğacları bu tarixdə sıfırlanacaq - RƏSMİ

Hər il dekabrın sonunda qaz sayğacların sıfırlandığı, Yeni ilin ilk günündə limitin yeniləndiyi məlumdur. Amma il sonuna doğru yenə də bu barədə suallarla qarşılaşırıq.

Avtosfer.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev TNS-in bu barədə sualına cavabında bildirib ki, hər il dekabrın 31-dən yanvarın 1-ə keçən gecə qaz sayğaclarında avtomatik yenilənmə gedir:

“Bunun adı sıfırlanma yox, yenilənmədir. Çünki “sıfırlanma” dedikdə insanlar hesablarındakı məbləğin silinəcəyini, sayğacda “000” yazılacağını düşünürlər. Bu da çaşqınlıq yaradır.

“Smart” kart tətbiq olunan sayğaclarda yenilənmə ilin sonuncu günü gedir. Amma mexaniki, yəni sonradan doldurulan sayğaclar bu proses yanvarın 1-dən 7-dək davam edir”.

Qurum rəsmisi deyib ki, əgər balansda pul qalıbsa, bu məbləğ yeni ildə alındığı tarif üzrə sərf olunur:

“Məsələn, sayğac sahibi 20 qəpiklik limitə keçibsə, köhnə ildən qalan məbləğ yanvarın 1-dən sonra da həmin rəqəmlə hesablanacaq”.

Seçilən
33
avtosfer.az

1Mənbələr