AZ

"Sabah"ın yeni baş məşqçisi: "Çində uşaqları döyürlər"

"Sabah" klubunun yeni baş məşqçisi ÇSKA-nın keçmiş oyunçusu Vasili Berezutski "CSKA TV"yə müsahibə verib.Çinin "Şanxay Şenxua" klubunda məşqçi olmuş Vasili Berezutski müsahibəsində təəccüblə bildirib ki, Çində uşaqları döyürlər.

“Uşaqları burada döymək olar. Hərdən görürəm ki, valideynləri təyyarədə uşağı döyürlər. Nə edəcəyimi belə bilmirdim, hətta ilk dəfə çaşıb qalmışdım. Deməyəcəyəm ki, mən bunu dəfələrlə görmüşəm, amma 3-4 dəfə”, – Berezutski bildirib.

2018-ci ildə futbolçu karyerasını başa vuran Berezutski üçün ilk müstəqil məşqçi işini "Sabah"da həyata keçirəcək. Əvvəllər o, Hollandiyanın “Vitess”, “Krasnodar”, CSKA və Çinin “Şanxay Şenxua” klublarında Leonid Slutskinin köməkçisi kimi çıxış edib.

Azərbaycan çempionatının cari mövsümündə "Sabah" beşinci yerdədir. Komandanın 17 matçda 26 xalı var.


Müəllif: Teleqraf.com
Seçilən
42
teleqraf.com

1Mənbələr