Rostov vilayətinin Verxnetemernitski kəndində naməlum şəxs bıçaqla bir neçə nəfərə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
KİV-in məlumatına görə, əvvəlcə boz kapüşonlu qeyri-adekvat şəxs girişdə qıza hücum edib.
Bundan sonra o, daha iki nəfərə hücum edib. Qızlardan biri ölüb, ikisi xəstəxanadadır.
Nəticədə hücum edən şəxs saxlanılıb, müstəntiqlər onun motivlərini araşdırır.
Hücumların dəhşətli görüntüləri kameralara düşüb.
Məlumata görə, cinayətkar ruhi xəstədir.
Xuraman Etibarlı
İnterpress.az