AZ

"Dişləmə çay"ın və kəklikotunun mükəmməl izahı - Etibar Əliyev yazır...

ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ərzurumda gənclərlə görüşündə ona verilən suallardan biri belə olub: "Çayı daha çox sevirsiniz, yoxsa qəhvəni?" Ərdoğan "Bir rizəli olaraq çayı desəm olarmı?" deyərək cavab verib. "Xüsusilə "dişləmə çay"ın yeri ayrıdır. Onun da yeri buradır". Bəs "dişləmə çay" nədir? Ümummilli liderimiz Heydər Əliyev prezidentliyi dövründə Naxçıvanda olarkən çay süfrəsi ətrafında "Dişləmə çay" və kəklikotu sözlərinə aydınlıq gətirib: "Bilirsiniz dişləmə çay nədir? Çoxlarınız bilmir. Dişləmə çay odur ki, bir balaca tikə qənd qoyursan ağzına və bir yekə stəkan çay içirsən. Amma indi çay içənlər mənə belə belə gəlir ki, çaydan çox qənd yeyirlər. Kəklikotuna kəkotu deyirlər. Belə deyil. Vaxtilə Bakıda ruslar buna kəkotu adını qoyublar. Amma bu otun adı kəklikotudur. Çay da kəklikotu çayıdır. Bakıda buna kəkotu deyirlər. Necə kəkotu? Belə şey yoxdur. Kəklikotudur. Bu, kəklik yeyən otdur".

Allah müdrik şəxsiyyət Heydər Əliyevə Rəhmət eləsin...


Etibar Əliyev

Seçilən
9
news365.az

1Mənbələr