AZ

"Aqrar Tədarük və Təchizat" işçi axtarır - VAKANSİYA

Aqrar Tədarük və Təchizat

Satınalma üzrə aparıcı mütəxəssis

Son tarix 16 yan 2025 - [email protected]

Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Vəzifə öhdəlikləri:

  • Dövlət satınalmaları haqqında qanun və müvafiq sənədlər əsasında satınalma sənədlərinin tərtib edilməsi;
  • Müəssisənin fəaliyyətinin təşkili üçün nəzərdə tutulan satınalmaların təşkil edilməsi;
  • Satınalmalar üzrə cari bazar qiymətlərinin və potensial təçhizatçıların müəyyən edilməsi məqsədilə bazar araşdırmalarının aparılması;
  • Sifarişçi struktur bölmələrlə birlikdə satın alınan mal, iş və xidmətlərə dair texniki tələblərin müəyyənləşdirilməsi;
  • İllik satınalma planının tərtib edilməsi;
  • İcra edilmiş satınalmalara dair məlumat bazasının formalaşdırılması və satınalmalar barədə hesabatların hazırlanması;
  • Satınalma planının layihəsinin hazırlanması və təsdiq olunmuş planın dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;
  • Satınalmalara dair sənədlərin tərtib olunması;
  • Satınalma ilə bağlı yazışmaların aparılması;
  • Qalib təchizatçı ilə bağlanılacaq müqavilələrin hazırlanması;
  • Malların tədarükü cari və yarana biləcək ehtiyacların öyrənilməsi, tələbatların proqnozlaşdırılması;
  • Satınalmalar sahəsində işlərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, İnzibati idarəetmə,  biznesin idarəedilməsi və s. üzrə təhsil)
  • Dövlət satınalmaları haqqında qanun və əlaqədar sənədlərlə işləmək bacarığı
  • Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzu olunandır
  • Müvafiq sahədə ən az 2 il iş təcrübəsi
  • MS office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
  • Bazarı təhlil etmək, komandada işləmək bacarığı
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
  • Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Göstərilən tələblərə cavab verən namizədlərdən bilik və təcrübədən asılı olaraq CV-lərini mövzu (subject) hissəsinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Seçilən
67
fed.az

1Mənbələr