AZ

BMT İsrailin Xan Yunisdakı məktəbə hücumunuQINADI

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail ordusunun Xan Yunisda bir məktəbə hücumunu qınayıb. Hücum nəticəsində dinc sakinlərin həlak olduğu və yaralandığı bildirilib.

Redaktor.az xəbər verir ki, BMT sözçüsü Stefan Düjarik, gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

O, hücuma məruz qalan məktəbin məcburi köçkünlər üçün sığınacaq olduğunu bildirib. Düjarik qeyd edib ki, hava hücumu nəticəsində bir çox mülki şəxs həyatını itirib və yaralanıb.

Hadisə beynəlxalq aləmdə kəskin reaksiya ilə qarşılanıb.

Seymur BƏNNAYEV 

Seçilən
35
redaktor.az

1Mənbələr