AZ

Şoltsa etimadsızlıq səsverməsi: Almaniya növbədənkənar seçkilərə gedir

Almaniya parlamenti kansler Olaf Şoltsa etimadsızlıq səsverməsi keçirib.

Turkustan.az xəbər verir ki, Bundestaq səs çoxluğu ilə Almaniya kansleri Olaf Şolts hökumətindən etimadı geri götürüb və bununla da fevralda keçiriləcək növbədənkənar seçkilərə yol açıb.

Məlumata görə, növbədənkənar seçkilərin tarixi 23 fevral 2025-ci ilə təyin edilib.

Səsvermədə iştirak edən 717 deputatdan 394-ü Almaniya Federativ Respublikasının kansleri kimi Şoltsa etimad tələbinin əleyhinə, 207-si lehinə olub, 116-sı isə bitərəf qalıb.

Qeyd edək ki, etibarın təmin edilməsi və ya itirilməsi üçün minimum 367 səs tələb olunur.

Şolts ötən həftə hökumətə etimad səsverməsi ilə bağlı Bundestaqa sorğu göndərib. Siyasətçinin özü bu addımını erkən seçkilərə yol açmaq niyyətində olması ilə izah edib. /globalinfo.az/

Seçilən
42
turkustan.az

1Mənbələr