AZ

Astarada 39 yaşlı kişi qohumunun evində intihar etdi

Astarada intihar hadisəsi baş verib.

Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib. Mərhumun əmisi oğlu, Şahağacı kənd sakini Rafiq Xanlar oğlu Həsənovbildirib ki, o, evdə olarkən əmisi oğlu, 1985-ci il təvəllüdlü Elvin Qulamhüseyn oğlu Həsənovun intihar etdiyini eşidib.

E.Həsənov digər əmisi oğlunun heç kəsin yaşamadığı evində intihar edib.

Mərhum bir neçə il öncə həyat yoldaşından boşanıb.

İntiharın səbəbi açıqlanmır.

Meyit müayinə olunması üçün “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hazırda araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com
Seçilən
29
teleqraf.com

1Mənbələr