AZ

ABŞ Gürcüstana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Gürcüstana qarşı əlavə sanksiyalar paketi hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

O, yeni sanksiyaların yaxın həftələrdə dərc olunacağını deyib.

M.Miller Gürcüstanda demokratiyanın vəziyyəti ilə bağlı narahatlığını bir daha ifadə edib.

Xatırladaq ki, ABŞ noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırdıb, daha sonra Gürcüstanın 20-yə yaxın rəsmi şəxsinə viza sanksiyaları tətbiq edib.

Onların arasında hökumət və parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları var.


Müəllif: Cəmilə Babayeva
Seçilən
9
teleqraf.com

1Mənbələr