AZ

Azərbaycanın İraqdakı səfiri geri çağırıldı

Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.

 

Senzor.az bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

 

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

 

Qeyd edək ki, Nəsir Məmmədov bu vəzifəyə 2023-cü ildə təyin edilmişdi. Onun və səfirliyin adı bir sıra qalmaqallarda, xüsusən də “viza alveri”ndə hallanırdı(Bax: https://senzor.az/aktual/44206-azerbaycanin-iraqdaki-sefirliyi-haqda-qorxunc-melumatlar-.html).

Seçilən
9
senzor.az

1Mənbələr