Əməkdar artist Nahidə Orucova ilk dəfə nəvəsinin fotolarını göstərib.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, görüntülər "Qonaqcanlı" verilişində nümayiş edilib.
N.Orucova bildirib ki, nəvəsi 7 aylıqdır: "Qızım Bilqeyis qayınanası ilə qalmır. Həyat yoldaşı ilə ayrı evdə yaşayırlar. Xuraman və Fidan Qasımovalar hər həftə nəvələrinə baş çəkirlər.
Nəvəm dünyaya gələndə onlara çox şeylər hədiyyə etdim. Bilqeyisin elə bir xasiyyəti var ki, o, heç kimə əziyyət verməyi sevmir. Nə mənə, nə atasına, nə də Qasımova nənələrinə. Nə yaxşı ki, qızımın atası onun başının üzərindədir. O qızımdan köməyini əsirgəmir. Fidan və Xuraman xanım xarici ölkəyə gedəndə hər dəfə nəvələri üçün hədiyyələr gətirirlər".
Qeyd edək ki, Bilqeys Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailəlidir.
Bizim.Media