Türkiyə Suriyanın açarı olacaq. Bu ölkənin lideri ilə münasibətlərimiz isə yüksək səviyyədədir.Bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib.
O, Rəcəb Tayyib Ərdoğanı "çox ağıllı” adlandırıb:
"Suriyada nə baş verəcəyini hələ də heç kim bilmir, amma düşünürəm ki, Türkiyə Suriyanın "açarını” əlində saxlayacaq. Yeri gəlmişkən, Türkiyə böyük gücdür və Ərdoğan mənim çox yaxşı anlaşdığım birisidir. Onun böyük hərbi gücü var, müharibədən yıxılmayıb, çox güclü ordu qurub. O çox ağıllıdır”.
www.anews.az