Tbilisidə aksiyalar zamanı həbs edilmiş Gürcüstanın əsas müxalifət koalisiyası – “Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Qvaramiya azadlığa çıxıb.
APA xəbər verir ki, inzibati həbs müddəti bitən Qvaramiya saxlanıldığı Marneuli təcridxanasını tərk edib.
O, Tbilisidə mitinq keçirilən əraziyə gedəcəyini deyib.
Xatırladaq ki, Nika Qvaramiya dekabrın 4-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, 12 sutka inzibati həbs cəzası almışdı.