Türkiyə Superliqasının 16-cı turunun mərkəzi qarşılaşması başa çatıb.
Yenisabah.az xəbər verir ki, çempion "Qalatasaray" doğma meydanda "Trabzonspor"u qəbul edib.
Oyunun son dəqiqəsində "Qalatasaray" qələbə topunu vura bilib - 4:3.
Bu nəticədən sonra "cim-bom" turnir cədvəlindəki liderliyini qoruyur. 41 xal toplayan Okan Burukun komandası ən yaxın izləyicisi "Fənərbağça"nı 6 xal qabaqlayır. "Trabzonspor" isə 16 xalla 15-ci pillədə qərarlaşıb.
Telegram kanalımız