37 yaşlı yapon Yuta Suqavaru çox qəribə hobbisinə görə polis tərəfindən saxlanılıb. Belə ki, o, başqalarının şəxsi mülkünə girib.
Sfera.az bildirir ki, adam başqasının ərazisinə girməyi sevib və bunu "maraqlı" və "stressdən azad olmağa kömək edən" fəaliyyət adlandırdı. Ümumilikdə, Suqavaru 1000 dəfədən çox şəxsi ərazilərə daxil ola bilib.
Lakin bu dəfə hobbisi ona qarşı çevrilib: o, Daizafu şəhərində bir ailənin şəxsi mülkündə görüntülənib. Sahiblər naməlum şəxsi görərək yaxalayıblar və sonra onu hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər.
“Mən anlayıram ki, şəxsi mülkə qanunsuz daxil olmuşam, ovuclarım həyəcandan və adrenalindən tərləyir. Bu, gərginliyi aradan qaldırmağa kömək edir”– deyə həbsdə olan yaponiyalı bildirib.
Adam "hobbi"nin özəlliyini ortaya qoyub - heç vaxt evlərə girməyib. Onun hobbisi yalnız şəxsi həyətləri zəbt etməklə məhdudlaşıb.
Saxlanılan şəxsin yerli şirkətlərdən birinin əməkdaşı olduğu məlum olub. Polis həmçinin onun Daizafu bölgəsindəki digər oxşar hadisələrdə də iştirakının mümkünlüyünü araşdırır.
Aynil