ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarında “kiçik bir irəliləyiş” əldə olunduğunu açıqlayıb.
Floridadakı malikanəsində keçirdiyi mətbuat konfransında danışan Tramp toqquşmaların dayandırılmasının vacibliyini vurğulayıb: "Buna son qoyulmalıdır. Bu istiqamətdə səylər göstəririk. Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Zelenski ilə görüşəcəyik. Biz bu müharibəni dayandırmalıyıq”.
Tramp həmçinin bildirib ki, Zelenskiy sülh istəyir. Seçilmiş prezident bəyan edib ki, o, indiki ABŞ administrasiyasının Rusiyanın dərinliklərinə hücumlara icazə vermək qərarını yanlış hesab edir. Tramp deyib ki, Zelenski və Ukrayna tərəfi sülh razılaşmasına hazırlaşmalıdır.
TAHİR