AZ

Yeni il qabağı depressiyaya nə səbəb olur?

“Tükənmişlik Yeni il qabağı depressiyaya səbəb ola bilər”

News24.az medianews.az-a istinadən xəbər verir ki, bunu həkim Andrey İsayev deyib.

Onun sözlərinə görə, bayramlar ənənəvi olaraq sevinc və əyləncə ilə əlaqələndirilir, lakin çoxları üçün bu, emosional stress və depressiya dövrünə çevrilir.

Ekspertin sözlərinə görə, birinci səbəb ilin sonuna yekun vurulması ilə bağlıdır. Əgər gözləntilər çox yüksək olur və bütün planlar həyata keçirilməyirsə, bu, məyusluğa və depressiyaya səbəb ola bilir.

Digər amil maliyyə çətinlikləri ola bilər. Yeni ili qeyd etmək əlavə xərclərlə əlaqələndirilir: hədiyyələrin alınması, səfərlərin təşkili və bayramlar. Bu, stresə və pul narahatlığına səbəb ola bilər.

Üçüncü səbəb həddindən artıq işləməkdir. Həkimin sözlərinə görə, çox vaxt ilin sonuna qədər insanlarda yığılmış yorğunluq müşahidə olunur ki, bu da yalnız mənfi emosiyaları gücləndirir.

İsayev əlavə edib ki, bəzən insanın fiziki vəziyyəti depressiya əlamətləri kimi gizlənir. Məsələn, səhər apatiyasına kortizol səviyyəsinin aşağı olması səbəb ola bilər. Həmçinin, emosional vəziyyət serotonin və dopamin çatışmazlığından əhəmiyyətli dərəcədə təsirlənir.

Bu cür halların qarşısını almaq üçün həkim diqqətinizi özünüzə qayğı göstərməyi tövsiyə edib: daha çox dincəlmək, əyləncəli işlər görmək və yaxınlarınızdan dəstək istəməkdən çəkinməmək. Vəziyyət düzəlməzsə, həkimə müraciət etmək vacibdir, çünki problem göründüyündən daha dərin ola bilər.


Seçilən
23
1
news24.az

2Mənbələr