AZ

Alla Puqaçovanı İsraildə boykot etdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İsraildə yaşayan Rublyovka oliqarxları Rusiya estradasının keçmiş primadonnası Alla Puqaçovaya qarşı boykot elan ediblər".
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı iş qadını, aktrisa və müğənni Alyona Kraves "Aif.ru" nəşrinə müsahibəsində danışıb.
Puqaçovanın keçmiş rəfiqəsinin sözlərinə görə, əvvəl sənətçini tez-tez korporativ tədbirlərə dəvət edirdilər. Lakin onun siyasi mövqeyinə və xarici agent elan edilmiş əri Maksim Qalkinə görə münasibət dəyişib.
"Puqaçova artıq trenddə deyil. Həm də heç kim xarici agentin arvadı ilə əlaqədə olmaq istəmir, çünki bu, reputasiya itkisidir. Rusiyanı təhqir edənləri İsraildə ciddi şəkildə boykot edirlər", - deyə o vurğulayıb.
phrase_var_article.chosen
47
1
oxu.az

2phrase_var_article.sources