AZ

İsveçrə Ukrayna ilə bağlı növbəti sammitə hazırlıq gördüyünü açıqlayıb

İsveçrə Ukrayna üzrə növbəti sammitə hazırlıq görür, sammit çərçivəsində Rusiya ilə, eləcə də ABŞ və G7-nin digər ölkələri ilə qarşılıqlı əlaqə qurur.

APA xəbər verir ki, bu barədə “Le Temps” qəzeti İsveçrənin xarici işlər naziri İqnazio Kassisə istinadən məlumat yayıb.

Moskva, Vaşinqton, həmçinin G7 və Aİ ölkələri ilə intensiv iş davam edir”, – deyə Romada jurnalistlərə açıqlamasında diplomat bildirib.

Kassisin sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasından gələn siqnallar İsveçrə tərəfini Ukrayna məsələsində həll yolunun tapılması ehtimalı ilə bağlı “ehtiyatlı optimist” olmağa sövq edir.

O, həmçinin Moskva ilə Kiyev arasında dialoqun başlanmasının vacibliyinə işarə edib.

Seçilən
41
apa.az

1Mənbələr