AZ

Tramp müharibənin bitməsi üçün Rusiya və Ukrayna prezidentləri ilə danışacığını açıqlayıb

Vaşinqton, 17 dekabr, AZƏRTAC

“Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasına çalışacağam”,

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp keçirdiyi ilk mətbuat konfransında deyib. O Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putini yaxşı tanıdığını deyib. Tramp vurğulayıb ki, həmkarları razılaşma əldə etməyə hazır olmalıdırlar.

“Mən Ukraynada davam edən dəhşətli müharibənin dayanmasına çalışıram”,- deyə ABŞ lideri bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
31
azertag.az

1Mənbələr