AZ

ABŞ Gürcüstana əlavə sanksiyalar tətbiq edəcək

ABŞ yaxın həftələrdə Gürcüstana əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla 20-yə yaxın şəxsə viza məhdudiyyəti tətbiq edib. "Yaxın həftələrdə görməyə hazır olduğumuz başqa tədbirlər də davam edəcək", - Miller bildirib.

Xatırlaqaq ki, noyabrın 30-da Dövlət Departamenti ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını bəyan edib. Bu, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəliyə daxil etməmək qərarından sonra baş verib.

phrase_var_article.chosen
21
13
report.az

10phrase_var_article.sources