AZ

Bir vaxtlar avrokuboklarda, indi II Liqada “göz doldurur” - VİDEO+FOTO

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Hypers Guba”nın yarımmüdafiəçisi Cavid İmamverdiyev mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, onun 9-cu turda "Şəfa"nın qapısına vurduğu qol ən yaxşı seçilib.

C.İmamverdiyevə mükafatları 13-cü turun "Şimal" - "Haypers Quba" oyunundan əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.

Seçilən
60
sportinfo.az

1Mənbələr