AZ

Nəsimi rayonunda Vüqar Qasımov kabusu- Sakinlər imdad diləyir

“Bakının “Kubinka” deyilən ərazisində sakinlərlə sahibkarların münaqişəsi gərginləşib. Buna səbəb iş adamlarının sakinlərə yuxarıdan aşağı baxmasıdır. Şəhərin ən bahalı sahələrindən birində göydələn tikib satırlar. 3-4 mənzilin yerində böyük bir yaşayış evi inşa olunur. Bütün xərcləri çıxsaq, xalis külli miqdarda qazanc götürürlər. Ancaq göz doymur ki doymur”.

Editor.az xəbər verir ki, bu sözləri özünün sosial şəbəkə hesabında jurnalist Sima Babayeva yazıb. Onun sözlərinə görə, insanların illərlə yaşadıqları dədə-baba yurdlarının yerində iş görürlər, lakin onu da insafla etmək istəmirlər: “Camaat narahatdır ki bu soyuqda küçələrə düşüb dərdlərinə çarə axtarırlar. Düz- əməlli kömək edən də yoxdur. Bizə də “Kubinka”dan şikayət daxil oldu. Çəkiliş qrupumuzla ora baş çəkdim. Ünvan: Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, dalan 1. “Kubinka”nın bu hissəsi də eyni problemlərlə üzləşib. Deyirlər bu ərazini İmişlidən deputat olmuş Əsabil Qasımov ələ keçirib. Ona məxsus ” Vialon” MMC heç kimə məhəl qoymadan sözün əsl mənasında adamların evlərini başlarına uçurdurlar.

Tikinti firması sənəddə Əsabil müəllimin qardaşı Vüqar Qasımovun adındadır. Vüqar Qasımov arxalı qardaşına arxalanaraq başının dəstəsi ilə camaatın haqqına girir, sakinlərlə pis rəftar edir”.

Jurnalist yazısında qeyd edir ki, şirkət Azərbaycan Respublikasının qanunlarını bir kənara atıb, Əsabil Qasımovun qanunları ilə iş görür: “İnsanların evi sökülür. Adama qalmağa müvəqqəti yer, yaxud evinin dəyəri və ya gələcəkdə mənzillə təminatı barədə dəqiq bir söz deyilmir. Əvvəl bu məsələləri həll edib sonra söküntü etmək lazımdı. Yoxsa sosial məsələləri yoluna qoymamış evlərin qazını, işığını, suyunu kəsirlər.
İcra orqanları, kommunal xidmət nəzarətçilərinin də səsi çıxmır. Ayrı vaxtı dilləri boğazlarına sığmır. Mən belə mübahisələrdə tamamilə sakinlərin haqlı olduqlarını demirəm. Nahaq danışıb yaşadığı evi dəyərindən çox qiymətləndirilməyini istəyənlər, kvadratı çox göstərənlər də olur.
Belə istisna hallar da olur. Amma bu əsas vermir ki Əsabil Qasımov kasıb insanlara yuxarıdan aşağı baxsın… ”

Jurnalist keçmiş oliqarx-deputat Əsabil Qasımovla bağlı daha ilginc faktlar açıqlayıb: “Bir neçə ay əvvəl Kislovodska müalicəyə getmişdim. Orada bir azərbaycanlı iş adamının istirahət mərkəzinin açıldığını dedilər. Açılışda hətta erməni iş adamlarının da iştirak etdiyini bildirdilər.
Həmin azərbaycanlı iş adamı Əsabil Qasımov idi. Onun telefon nömrəsini tapıb zəng vurdum, danışdıq. Dedi ki, mən tədbirlərə jurnalistləri dəvət etmirəm.

“Kubinka”da binalar tikən “Vialon” MMC-nin əməllərindən də sual verdim. Təbii ki özünə haqq qazandırmağa çalışdı. Sakinlərə “siçovullu evlərdə siçovul kimi yaşayan adamlar” deyəndən sonra, isə bu harın məxluqla söhbəti uzatmağın mənasız olduğunu anladım”.

//Editor.az

phrase_var_article.chosen
48
editor.az

1phrase_var_article.sources