AZ

Nikol Paşinyan: Anna ilə 27 ildir birlikdəyik, ancaq... evli deyilik

Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

 

“Bizim nə rəsmi nikahımız, nə də kilsə kəbinimiz var. Münasibətimiz ümumi övladlarımız tərəfindən möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, siz (Anna Akopyanı nəzərdə tutur – red.) baş nazirin həyat yoldaşı kimi faktiki olaraq səlahiyyət icra edirsiniz. Əslində, 27 ildir evliyik, amma evli deyilik”, - Paşinyan qeyd edib.

 

Akopyan isə əlavə edib ki, o, 17 yaşından həyatını Paşinyanla bağlayıb və ömrünün daha çox hissəsini onunla yaşayıb.


Seçilən
13
24
senzor.az

10Mənbələr