AZ

Vodka və konyak BAHALAŞACAQ

Rusiyada 2025-ci ilin əvvəlindən güclü spirtli içkilərin minimum qiymətləri artacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi müvafiq qərar verib.

Yanvarın 1-dən vodkanın minimum qiyməti 299 rubldan 349 rubla, konyakın qiyməti isə 556 rubldan 651 rubla qaldırılacaq.

Rusiyada spirtli içkilərin minimum qiyməti sonuncu dəfə 2024-cü ilin iyulunda artırılmışdı.

Maliyyə Nazirliyi yeni artımın zəruriliyini inflyasiya, istehsal və logistika xərclərinin artması, həmçinin alkoqolun aksiz vergisinin dərəcəsinin artırılması ilə izah edib.

phrase_var_article.chosen
18
1
publika.az

2phrase_var_article.sources