AZ

Kanada Baş nazirinin müavini istefa verib

Kanada Baş nazirinin müavini və maliyyə naziri Kristiya Friland Baş nazir Castin Trüdonun hökumətini tərk edəcəyini açıqlayıb.

“Far.Az” xəbər verir ki, o, müvafiq məktubu “X” sosial şəbəkəsində yayıb.

“Cümə günü (13 dekabr - red.) siz (Trüdo - red.) mənə Nazirlər Kabinetində başqa vəzifə təklif edərək, artıq mənim maliyyə naziri olmağımı istəmədiyinizi söylədiniz. Düşündükdən sonra ümumiyyətlə, Nazirlər Kabinetini tərk etmək qərara gəldim”, - o yazıb.

KİV-in məlumatına görə, deputat Qərbi Ukrayna köklərinə malikdir və barışmaz anti-Rusiya mövqeyi ilə tanınır.

Qeyd edək ki, dekabrın 18-də Trüdo Nazirlər Kabinetində dəyişiklik edəcək. Trüdo və Kanadanın hakim Liberal Partiyası 2023-cü ildən davam edən qiymət artımları və yaşayış xərclərinin artması fonunda həmvətənlərinin dəstəyini itirməyə başlayıb.

Seçilən
41
far.az

1Mənbələr