Sarımsaq sağlamlıq baxımından üstünlüklərinə görə mətbəxlərdə tez-tez istifadə edilən bir qidadır.
“Qafqazinfo” xəbər verir ki, sarımsaq həm immunitet sistemini gücləndirməsi, həm də ürək sağlamlığını dəstəkləməsi ilə tanınır.
Sarımsaq immunitet sistemini dəstəkləyə bilən antiviral və antibakterial xüsusiyyətlərə malik birləşmələri ehtiva edir. Bu səbəbdən soyuqdəymə kimi infeksiyalara qarşı qoruyucu təsir göstərir.
Sarımsaq öskürək, boğaz ağrısı kimi şikayətlərə faydalıdır, həmçinin bəlğəmgətirici təsirə malikdir.
Bundan əlavə, ürək-damar sağlamlığını dəstəkləyə, qan təzyiqini aşağı sala, xolesterol səviyyəsini tənzimləyə və qan laxtalanmasının qarşısını ala bilir.
Bəzi araşdırmalar sarımsağın bəzi xərçəng növlərinə qarşı qoruyucu təsiri olduğunu göstərir. Xüsusilə mədə və kolon xərçəngi riskini azaltmağa kömək edə biləcəyi bildirilir. Eləcə də, Alzheimer və demansiyanın inkişafının qarşısını alır.
Sarımsaq antioksidan xüsusiyyətlərə malik birləşmələri ehtiva edir. Bu birləşmələr bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsini azalda və yaşlanma prosesini gecikdirə bilər.
Sarımsaqda sümük sağlamlığını dəstəkləməyə kömək edən birləşmələri var. Bu da osteoporoz riskini azaltmağa kömək edir.
Sarımsaq qaraciyərin toksinləri metabolizə etmək qabiliyyətini artıra bilən birləşmələri ehtiva edir. Bu, qaraciyərin bədəndən zərərli maddələri daha effektiv şəkildə təmizləməsinə kömək edir.
Sarımsağın tərkibində maddələr mübadiləsi sürətini artıra bilən birləşmələr mövcüddur. Bu, bədənin daha çox enerji sərf etməsinə və yağ yandırılmasını artırmağa yardımçı ola bilər.
Gecə yatmazdan əvvəl 1 diş sarımsaq udmağın sağlamlığa bir çox faydası var. Sarımsaq güclü antioksidan xüsusiyyətlərə malikdir və bədəni sərbəst radikallardan qoruyur. Buna görə də, gecə sarımsaq udmaq bu antioksidanların orqanizmə daxil olması üçün təsirli bir yoldur, çünki maddələr mübadiləsi daha az aktiv olduğu üçün orqanizm yatarkən antioksidanın udulması artır.
Sarımsaq həzm sağlamlığını dəstəkləyən prebiyotik lifləri ehtiva edir. Bu liflər həzmdə faydalı mikroorqanizmlərin böyüməsini təşviq edir.
Sarımsaq həmçinin iştah kəsici təsiri sayəsində həddindən artıq yemək hissini azaltmağa kömək edə bilər.
Bundan başqa, sarımsaq dəridən ölü hüceyrələri çıxarmağa kömək edir. Bu üzünüzə daha parlaq bir görünüş qazandırmağa faydalıdır.
Beləliklə sarımsaq:
Sarımsaq təbii antibiotikdir və immuniteti gücləndirir.
Bakteriyaları, göbələkləri və parazitləri bədəndən uzaqlaşdırır.
Soyuqdəymə və qripin qarşısını alır.
Qan təzyiqi və xolesterin səviyyəsini aşağı salmağa kömək edir.
Ürək xəstəlikləri riskini azaldır.
Bədənin enerji səviyyəsini artırır.
Alzheimer və demansiyanın inkişaf riskinin qarşısını almağa kömək edir.
Oynaq və sümük sağlamlığını dəstəkləyir.
Sərbəst radikallardan qoruyur.
Qaraciyəri qoruyur.