“2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək”.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
“Ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40%-ni üstələyir.
Son 5 ildə isə həyata keçirilən 4 sosial islahat paketi 7 milyard manat olmaqla, 4 milyon vətəndaşı əhatə edib”, - deyə Baş nazir əlavə edib.