Çin hakimiyyəti Rusiya və digər 53 ölkənin vətəndaşları üçün vizasız tranzit müddətini 240 saata (10 gün) artırıb. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Miqrasiya Məsələləri üzrə Dövlət Administrasiyası məlumat yayıb.Yayılan bəyanatda qeyd edilir ki, tədbir dekabrın 17-dən qüvvəyə minir. Əvvəllər Çinə giriş nöqtəsindən asılı olaraq ruslar 72 və 144 saat ərzində vizasız tranzit keçmək hüququna malik idilər.Bundan əlavə, vizasız tranzit hüququ olan sərhəd-keçid məntəqələrinin siyahısı 21 məntəqə artırılaraq 60 giriş limanına çatdırılıb. Rusiyadan olan sərnişinlər Çinə 24 Çin inzibati vahidi (vilayət, şəhər və ya rayon səviyyəsində) vasitəsilə daxil ola bilərlər.Vizasız tranzit üçün əcnəbinin beynəlxalq səyahət hüququ verən və üçüncü ölkəyə giriş tələblərinə cavab verən, ən azı üç ay qüvvədə olan sənədi olmalıdır. Siz həmçinin bilet almalı və ya Çindən keçən səyahət marşrutunuzun digər sübutlarını təqdim etməlisiniz.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta