AZ

"Suriyanın açarı Türkiyənin əlindədir"

Florida ştatının Maralaqo şəhərində keçirdiyi mətbuat konfransında danışan Tramp Suriyada Bəşər Əsəd rejiminin devrilməsinə səbəb olan son hadisələrlə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Tramp, "Türkiyə çox ağıllıdır. Prezident Ərdoğan çox ağıllı və çox güclüdür. Əsədin uşaqlara etdikləri ilə qəssab olduğunu deyə bilərəm" deyib.

ABŞ-ın bölgədə Türkiyə ilə birgə işləyə biləcəyini ifadə edən Tramp "Suriyadakı 900 ABŞ əsgəri ilə bağlı nə edəcəksiniz?" sualına belə cavab verib:

"Bunun başqa yolu olmalıdır. Onlardan biri Türkiyədir".

Türkiyənin "vacib bir güc" olduğunu qeyd edən Tramp, "Ərdoğan mənim yaxşı anlaşdığım birisidir. Böyük bir hərbi gücə malikdir. Və bu güc müharibələrdə köhnəlməyib. Çox güclü və effektiv ordu qurdu" deyib.

Eyni zamanda, Tramp ABŞ-ın NATO müttəfiqi Türkiyə ilə Suriyada daha təsirli ola biləcəyi mesajını verib.

Suriyada irəliləyən qüvvələrin arxasında Türkiyənin olduğunu iddia edən və bunun onun üçün problem olmadığını qeyd edən Tramp, "Suriyanın açarı Türkiyənin əlində olacaq. Ola bilsin ki, heç kimin belə dediyini eşitməmisiniz, amma belədir "-, deyə əlavə edib.


Günel Məliikzadə

Seçilən
17
news24.az

1Mənbələr