“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunun “Atalanta” ilə oyununda (3:2) aldığı zədədən sonra komanda ilə məşqlərə qayıdıb.
Publika.az xəbər verir ki, belə davam edərsə, forvard yaxın günlərdə meydanlara qayıda bilər. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bu mövsüm Mbappe bütün turnirlərdə 21 matçda iştirak edib, 11 qol vurub və iki məhsuldar ötürmə edib.