AZ

ABŞ-ın müdafiə büdcəsi layihəsi Senatda prosessual səsvermədən keçib

ABŞ-ın müdafiə büdcəsi layihəsi Senatda prosessual səsvermədən keçib

ABŞ-ın 2025-ci maliyyə ili üçün 895 milyard dollarlıq müdafiə büdcəsi layihəsi bazar ertəsi ABŞ Konqresinin tam Senatında prosedur səsverməsindən keçib. Sənədin yaxın günlərdə təsdiqlənməsi gözlənilir. AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Ümid edirəm ki, sabah müdafiə büdcəsini qəbul etmək üçün fürsət tapa biləcəyik" - deyə Senatdakı Demokratik Əksəriyyətin lideri Çak Şumer bildirib. Prosessual səsvermə zamanı sənədi 83 senator dəstəkləyib, 12 senator onun əleyhinə çıxıb. Senatdan keçmək üçün onu yekun səsvermə zamanı 60 senator dəstəkləməlidir.Nümayəndələr Palatası büdcə təklifini dekabrın 11-də təsdiqləyib. Layihənin Konqresin hər iki palatası tərəfindən təsdiqindən sonra ABŞ prezidenti Co Baydenin onu imzalayacağı gözlənilir.

phrase_var_article.chosen
34
afn.az

1phrase_var_article.sources