AZ

Niderland səfiri də Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasına baş çəkdi...-FOTO 

Niderlandın Ermənistandakı səfiri Marike Monroy-Vinter Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının ofisində olub.
 
Moderator.az xəbər verir ki,  "Armtimes" nəşrinin yaydığı məlumata görə, bu barədə mssiyanın "X" mikroblokunda  bəhs ediilib.
 
"Niderlandın Ermənistandakı səfiri xanım Marike Monroy-Vinteri Aİ missiyasında qəbul etmək şərəfdir. O, missiyanın fəaliyyəti barədə məlumatlandırılıb".
 
Səfir həmçinin Niderlanddan missiyanın tərkibində olan şəxsi heyət ilə görüşüb və Xaçık kəndi ərazisində patrul dəstəsinə qoşulub.
 
Hazırda Aİ missiyasında 7 hollandiyalı ekspert çalışır", - məlumatda belə deyilir.
 
Qeyd edək ki, Xaçik kəndi Naxçıvan Muxtar Respublikasıyla həmsərhəd ərazidə yerləşir.
 
Xatırladaq ki, dekabrın 10-da Fransa səfiri Olivye Dekotini də Ermənistanla Azərbaycanın şərti sərhədində olub...
 
S.Laçın
Seçilən
8
moderator.az

1Mənbələr