AZ

Azərbaycanlı müğənni 1,5 milyonluq evini itirə bilər

Rusiyanın Xalq artisti, azərbaycanlı müğənni Larisa Dolina Avropa İttifaqının sanksiyaları səbəbindən Latviyanın Yurmala şəhərindəki dəbdəbəli evini itirə bilər.

OLAY yazır ki, sənətçi Avrioa İttifaqının (Aİ) yeni sanksiyalar siyahısına daxil edilib.

Bu, Yurmaladakı müğənninin 95 milyon rubl (təxminən 1,5 milyon manat) dəyərində olduğu onun üçün bütün xarici aktivlərinin itirilməsi ilə nəticələnə bilər.

Dolina 2011-ci ilin sonunda Riqa körfəzi sahilindəki “Amber Residence” yaşayış kompleksində əmlak alıb. Müğənninin iki otaqlı və dörd otaqlı mənzili var. 

Hazırda onların təxmini dəyəri müvafiq olaraq 30,4 milyon rubl (təxminən 501 min manat) və 66 milyon (təxminən 1,1 milyon manat) təşkil edir.

 Qeyd edək ki, fırıldaqçılar ucbatından Dolina Moskvadakı mənzilinin qanunsuz satışından 100 milyon rubldan (təxminən 1,6 milyon manat) çox pul itirib.

Seçilən
21
5
olay.az

6Mənbələr