İspaniya Kral Futbol Federasiyasına (RFEF) yeni prezident seçilib.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, seçkilərdə RFEF Baş Assambleyası üzvlərinin əksəriyyətinin dəstəyini qazanan Rafael Luzan yeni rəhbər təyin olunub.
O, mümkün 138 səsdən 90-ını toplayıb. Luzanın seçkidəki rəqibi Salvador Qomar isə 43 səs toplaya bilib.
Qeyd edək ki, İspaniya Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales avqustun 26-dan etibarən 90 gün müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən və vəzifəsindən kənarlaşdırılmışdı. O, avqustun 20-da baş vermiş olayla əlaqədar postundan kənarlaşdırılmışdı. Avqustun 20-də qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya yığması İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Medalların təqdim olunma mərasimində Luis Rubiales İspaniya yığmasının kapitanı Cennifer Ermosonun dodaqlarından öpüb.