Bakının Xətai rayonunda 13 yaşlı yeniyetmə yol qəzasında xəsarət alıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Zeynallı Mələk Əli qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
"Cebheinfo.az"