AZ

Ukrayna Silahlı Qüvvələri lazer silahlarına malik olduqlarını açıqlayıb

Ukraynada 2 kilometrdən çox hündürlükdə hava hədəflərini vura bilən Trizub adlı lazer silahı var...

Poliqon xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, polkovnik Vadim Suxarevski deyib.

“Bu gün deyə bilərik ki, Ukrayna dünyada lazer silahına malik beşinci ölkəyə çevrilib. Hazırda biz artıq onun köməyi ilə 2 kilometrdən çox hündürlükdə təyyarələri vura bilirik”, Suxarevski bildirib.

Polkovnik qeyd edib ki, Pilotsuz Sistemlər Qüvvələri bu silahların imkanlarını genişləndirmək və artırmaq üçün çalışır.

Xatırladaq ki, apreldə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirmişdi ki, London Ukraynaya ötürmək üçün DragonFire uzaqmənzilli lazer silahlarının yerləşdirilməsini sürətləndirməyi planlaşdırır. Sistemin əvvəlcə 2027-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulurdu, lakin Böyük Britaniya Müdafiə Nazirliyi bu prosesi daha tez başa çatdırmaq niyyətindədir.

Bundan bir qədər əvvəl isə Britaniya müdafiə nazirliyi X sosial şəbəkəsində DragonFire testinin videosunu yayımladı. Təqdim olunan materialda lazer qayığı sıradan çıxarır, bir dronu kor edir və digərini məhv edir.

Poliqon.info

Seçilən
21
1
poliqon.info

2Mənbələr