AZ

"Qeyri-neft sektorunun çəkisi büdcə daxilolmalarında artıb"  - Eyyub Kərimli / VİDEO

İqtisadçı və İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli AZTV-nin "İqtisadi Yekun" proqramında çıxış edərək ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı və əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Eyyub Kərimli bildirib ki, ötən ildən etibarən qeyri-neft sektorunun çəkisi büdcə daxilolmalarında artım göstərib. Bu inkişaf həm özəl sektora, həm də kənd təsərrüfatı sahəsinə əhəmiyyətli təsir göstərir. Onun sözlərinə görə, qeyri-neft sektorunda ixrac imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

"Regionlarda istehsal sahələrinin qurulması və kiçik istehsal müəssisələrinin artması büdcə daxilolmalarının əsasını təşkil edir. Hazırda ölkədə 6 sənaye parkı və 51 sənaye məhəlləsi fəaliyyət göstərir. Bu sahələr ümumi daxili məhsulun formalaşmasına və əlavə dəyərin yaradılmasına böyük töhfə verir", – deyə Eyyub Kərimli qeyd edib.

İqtisadçı vurğulayıb ki, kiçik və makro biznesin inkişafı üçün dövlət tərəfindən dəstək proqramlarının genişləndirilməsi vacibdir. Xüsusilə ƏDV güzəştləri və gömrük rüsumlarının yüngülləşdirilməsi bu müəssisələrin rəqabət qabiliyyətini artıracaq.

Sonda Eyyub Kərimli qeyri-neft sektorunun davamlı inkişafı üçün dövlət və özəl sektorun birgə fəaliyyətinin önəmini vurğulayaraq, bu sahədə atılan addımların ölkənin iqtisadi dayanıqlığını artıracağını bildirib.

Pərvanə Fərhadqızı

Seçilən
26
qht.az

1Mənbələr