AZ

Naxçıvana ayrılan dotasiya niyə azaldılır? - Səbəblər açıqlandı

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır. "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə görə, Naxçıvan Muxtar Respublikasına 320 milyon 529 min manat dotasiya nəzərdə tutulmuşdu. Lakin üçüncü oxunuşda parlamentə müzakirəyə çıxarılaraq qəbul olunan layihəyə əsasən, bu məbləğ 285 milyon 713 min manat təsdiq olunub. Beləliklə, dotasiya 34 milyon 816 min manat azaldılıb.

Maraqlıdır, bunun səbəbi nədir?

Mövzu ilə bağlı Teleqraf.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Naxçıvan uzun müddətdir özünü maliyyələşdirə bilmir və bu, bir neçə il belə davam edəcək:

"Muxtar Respublikanın dotasiyasız bölgəyə çevrilmə ehtimalı azdır. Ancaq adıçəkilən bölgənin buna potensialı var. Belə ki, ora Türkiyə və İranla sərhəddir. Ən azı sərhədyanı ticarət və digər məsələlərlə bağlı yeni qaydalar, əməkdaşlıq formaları düşünmək olar. Bu zaman Naxçıvan özünü maliyyələşdirə bilər".

Ekspert onu da vurğulayıb ki, eyni zamanda dotasiyanın azaldılmasına səbəb çoxlu sayda büdcədən maliyyələşən müəssisələrin ləğvidir: "Orada optimallaşdırma işləri aparıldı. Həmçinin daha əvvəl büdcədə yeyinti halları müşahidə edilirdi, indi isə daha ciddi nəzarət var. Bütün bunlara görə, sözügedən məbləğ 30 milyon manatdan çox azaldıldı".


Müəllif: Məlik Məlikov
Seçilən
46
teleqraf.com

1Mənbələr