1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Vanuatu sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidmətindən məlumat verilib.
Məlumata görə, zəlzələnin episentri təxminən 35,9 min insanın yaşadığı Port-Vila şəhərindən 54 kilometr qərbdə və 10 km dərinlikdə yerləşib.
ABŞ-nin sunami xəbərdarlığı sistemi təhlükə barədə xəbər verib, lakin sonradan ləğv edilib.
Yaralananlar və ya dağıntılar barədə hələ ki məlumat yoxdur.
Lakin "Agence France-Presse" nəşrinin bildirdiyinə görə, Vanuatunun paytaxtı Port-Vilada ABŞ və Fransa səfirliklərinin, eləcə də Yeni Zelandiya və digər ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi binaya ziyan dəyib.
Qeyd edilir ki, zəlzələ sütunu aşırıb, divarların birində çatlar əmələ gəlib, həmçinin pəncərələrin şüşələri də qırılıb.