Ağdaşda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən Araz Yusibovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 19-na təyin edilib.
Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: Hadisə 13 yanvar 2024-cü il tarixdə qeydə alınıb. Belə ki, Araz Yusibov taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmişin avtomobilinə müştəri kimi əyləşərək Yevlax rayonundan Ağdaşa gəlib. Deyilən ünvana çatdıqda isə kəsici alətlə sürücüyə hədə-qorxu gələrək onun üzərində olan 154 manat pulunu quldurluq yolu ilə ələ keçirib. Daha sonra o, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araz Yusibova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov