AZ

Rusiya "Taliban"ı “qara” siyahıdan çıxarır

Yazını böyüt
Yazını kiçilt

Rusiya Dövlət Duması ilk iclasında Taliban-ın (Rusiyada hələ də statusu qadağan edilmiş) qadağan olunmuş təşkilatlar siyahısından çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Hafta.az-ın yazdığına görə, qanun layihəsi mövcud qanunvericilikdəki hüquqi boşluqları doldurmaq və müəyyən təşkilatlara qoyulan qadağaların aradan qaldırılması mexanizmini yaratmaq məqsədi daşıyır.

Qanun layihəsini senatorlar Andrey Yatskin, Andrey Klişas və Yuri Fedorov, deputatlar Andrey Luqovoy, Dmitri Vyatkin və Vasili Piskarev hazırlayıblar.

Hazırda Rusiyada qadağan olunmuş təşkilatın qeyri-qanuni statusunu dayandırmaq və ya ləğv etmək üçün heç bir hüquqi tənzimləmə yoxdur. Qanun layihəsi bu boşluğu doldurmağa yönəlib.

Taliban-ın qadağan olunmuşlar siyahıdan çıxarılması ilə bağlı qanun layihəsi Dövlət Dumasına təqdim edilib. Qanun layihəsi Rusiyanın “Terrorizmlə Mübarizə Qanunu”na dəyişiklikləri nəzərdə tutur və xüsusilə beynəlxalq münasibətlər kontekstində çeviklik təmin etməyi hədəfləyir.

2013-cü ildən Rusiyada terror təşkilatı kimi tanınan “Taliban” xüsusilə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Moskvanın diqqətini çəkən aktyora çevrilib. Rusiya Taliban-la ehtiyatlı münasibət qurmağa çalışsa da, bu qanun layihəsi Əfqanıstanda təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün zəmin yaratmaq cəhdi kimi qiymətləndirilir.

Bununla belə, qanun layihəsinin parlamentin bütün mərhələlərindən keçməsi və tətbiq oluna bilməsi üçün əlavə müzakirələrə və mümkün dəyişikliklərə açıq olduğu bildirilir.

Seçilən
5
hafta.az

1Mənbələr