Abşeron Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Günayə Səfərovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Günayə Səfərova ərindən boşanıb və Abşeron rayonunda kirayədə 2 azyaşlı övladı ilə yaşayıb. O, bu il bir neçə dəfə dəcəllik edən 2020-ci il təvəllüdlü və 2021-ci il təvəllüdlü oğlanlarını süpürgənin dəstəyi, habelə döşəmə silən taxta ilə döyüb. Sonra Günayə uşaqları evi zibillədiklərinə görə qaz sobasında qızdırılmış xörək qaşığını onların sifətlərinə və bədənlərinin müxtəlif nahiyələrinə basıb, o cümlədən ana hər iki övladını döyərək sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirib.
Hadisədən sonra qadının keçmiş əri, uşaqların atası DİN-nin “102 xidmət”inə zəng edərək məlumat verib və Günayə Səfərova saxlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov