AZ

Tünd şokoladın inanılmaz FAYDASI

“Tünd şokolad şəkərli diabet riskini 20 faiz azaldır”

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu bioloq və məşhur tibb bloqeri Ança Baranova ABŞ və Çin alimlərinin apardığı genişmiqyaslı araşdırmaya istinad edərək deyib.

Onun sözlərinə görə, şokoladı təkcə dadlı deyil, həm də sağlam bir bir qidadır.

Baranova, BMJ jurnalında dərc edilən araşdırmaya görə, tünd şokoladın daimi qəbulu şəkər xəstəliyinə tutulma riskini yüzdə 20 azaltdığını deyib. Həftədə beş dəfə tünd şokolad yeyənlərin 2-ci tip diabet riski 20 faiz azalır. Təsiri dozadan asılıdır. Hər bir hissə (təxminən 30 qram) qorunmağa üç faiz əlavə edir.

Baranovanın sözlərinə görə, məşhur məhsulun bu gözlənilməz faydalı xüsusiyyəti şokoladın hazırlandığı kakao tozunun tərkibində antioksidantların olması ilə izah olunur. Eyni zamanda, tərkibində ən azı 50 faiz kakao olan tünd şokolad ən sağlam hesab olunur. Ekspert qeyd edib ki, südlü şokoladda bu faydalı maddələrdən demək olar ki, altı dəfə azdır.

Bioloq vurğulayıb ki, ağ şokoladın heç belə xüsusiyyətləri yoxdur. O izah edib ki, ağ şokoladın tərkibində kakao tozu yoxdur, ona görə də şəkərli diabet riskini azaltmır, ancaq çəki artımına səbəb olur.

Seçilən
31
medianews.az

1Mənbələr