AZ

"Çelsi"nin üzvü Azərbaycan millisi ilə oyunları buraxa bilər, futbolçuda dopinq aşkarlanıb

Ukrayna millisinin aparıcı futbolçularından hesab olunan Mixail Mudrikin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyunları buraxacağı gözlənilir.

"Far.Az" yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi müsbət dopinq testinə görə 4 illik diskvalifikasiya ilə üzləşə bilər.

Oyunçunun "A" nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə "B" nümunəsinin açılması gözlənilir.

Qeyd edək ki, Mudrik 2023-cü ildən İngiltərənin "Çelsi" klubunda çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir. Azərbaycan millisi Ukrayna ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti qarşılaşmasını isə oktyabrın 13-də səfərdə keçirəcək.

phrase_var_article.chosen
36
1
far.az

4phrase_var_article.sources