AZ

"Bitcoin"ə "MicroStrategy" dəstəyi

"Bitcoin", Donald Trampın noyabr ayında ABŞ prezidenti seçilməsindən bəri yüksəlişini davam etdirir. Trampın kripto bazarını dəstəkləyəcəyinə dair əvvəlki vədlərindən güc alan kriptovalyuta, "MicroStrategy Inc." şirkətinin Nasdaq 100-ə daxil edilməsi ilə bağlı müsbət gözləntilərlə rekord həddə çatıb.  

Valyuta.Az xəbər verir ki, dünən müəyyən bir müddət 4,8%-dən çox artaraq 107 min 791 dollara yüksələn "Bitcoin", 5 dekabr tarixindəki əvvəlki zirvəsini də ötüb.  

"MicroStrategy" bazar ertəsi etdiyi açıqlamada ötən həftə əlavə olaraq 1,5 milyard dollarlıq "Bitcoin" aldığını bəyan edib.  

Təxminən 45 milyard dollarlıq "Bitcoin" portfeli ilə "MicroStrategy" kriptovalyutanın ən yeni və böyük səhmdarlarından birinə çevrilib.  

Yanvar ayında vəzifəsini təhvil verəcək ABŞ Prezidenti Co Baydenin administrasiyası rəqəmsal aktivlərə qarşı daha sərt siyasi mövqe tutduğu halda, Trampın bazardakı tənzimləmələri yumşaltması gözlənilir. Tramp, strateji milli "Bitcoin" ehtiyatı ideyasını da dəstəkləyir, lakin bir çoxları bu təklifin tətbiq oluna biləcəyinə şübhə ilə yanaşır.  

"August" adlı korporativ kripto platformasının həmtəsisçisi Aya Kantoroviç "Bloomberg TV"yə açıqlamasında bir çox insanın “gözləntilərini daha müsbət bir administrasiyaya əsaslandırdığını” və bu nikbinliyin rəqəmsal aktivlərə investisiya edən birja fondlarına olan tələbdə də öz əksini tapdığını söyləyib.  

"Arbelos Markets" likvidlik təminatçısının ticarət müdiri Şon MakNulti isə bildirib ki, “MicroStrategy artıq "Nasdaq"da olduğu üçün indeks fondları şirkətin səhmlərini ala biləcək və bu da şirkətin daha çox "Bitcoin" almaq üçün üçün əlavə vəsait cəlb etməsinə kömək edəcək.”

phrase_var_article.chosen
11
valyuta.az

1phrase_var_article.sources