AZ

Kimya dərslərinin daha interaktiv və əyləncəli şəkildə təşkili - Yeni layihə

"Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihənin açılış mərasimi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş layihənin açılışında Quba rayonu Küpçal kənd tam orta məktəbinin direktoru Bəxtiyar Şahvalov, Quba rayonu Dağlı kənd tam orta məktəbinin direktoru Üzeyir Məmmədov, Quba rayonu Qələdüz kənd ümumi orta məktəbinin direktoru Tural Əliyev, Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov, Quba rayonu Üçgün kənd ümumi orta məktəbinin direktoru Aydın Günəşov, müəllimlər və şagirdlər iştirak ediblər.

Layihə çərçivəsində PhET platformasındakı Azərbaycan dilində tərcümə olunmuş simulyasiyaların milli kurikulumla uyğunlaşdırılması və dərs proqramlarının hazırlanması həyata keçiriləcək. Bu proqram əsasında məktəbdə 7-10-cu sinif şagirdlərindən ibarət “PhET Kimya Dərnəyi” təşkil olunacaq və iki ay boyunca həftədə bir dəfə olmaqla dərslər keçiriləcək.

Xatırladırıq ki, "Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihə Küsnətqazma kənd ümumi orta məktəbində Ayxan Məhəmmədzadə tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasında yerləşən tədris materialları və praktiki məşğələlərdən istifadə edərək kimya dərslərini daha interaktiv və əyləncəli şəkildə təşkil etməkdir.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/0b2d71a0-f8b6-461b-89d5-bee93482e2e0_cokDXVxF8v26Fd2HFh1GpIYArhQIaIE2dhAonByM.jpg

 

Seçilən
10
tehsil.biz

1Mənbələr